RU

“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

“AzInTelecom” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlıkəndində ağacəkmə aksiyası keçirib.

Vətən Müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsredilmiş aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, ocümlədən hazırda şirkətdə çalışan Vətən Müharibəsi iştirakçılarıiştirak ediblər.

Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib.Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisindəümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarmaişi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmişərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığıbərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə verməkolub.

Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qayıdışkönüllüləri”nin dəstəyi ilə həyata keçirilib.

“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
Məqalədə:
Избранный
54
15
az.trend.az

10Источники