RU

Türkiyə də Rusiya neftinin alışını ixtisara salır

ABŞ-nin Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə tətbiq etdiyi sanksiyalara cavab olaraq Türkiyənin iri neft email zavodları daha çox qeyri-Rusiya mənşəli xam nefti almağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edir ki, Türkiyə Çin və Hindistanla yanaşı Rusiya neftinin ən böyük alıcılarından biridir. Türkiyə neft emalı zavodları hazırda Hindistandakı zavodlar kimi addımlar atır.

Agentlik hesab edir ki, bu, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarının effektivliyini nümayiş etdirir.

Xatirə SADİQ

Избранный
37
nocomment.az

1Источники