RU

Nyu Yorkdan Xankəndinə qayıdan azərbaycanlı tibb alimi kimdir?

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-də uzun illər elmi və akademik sahədə fəaliyyət göstərmiş azərbaycanlı tibb alimi Samir Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor və Tibb və sağlamlıq elmləri fakültəsinə dekan təyin olunub.

Ölkə.az xəbər verir ki, o, 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb.

Bunda əlavə, 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.

S.Babayev 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.

Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
5
olke.az

6Источники