RU

Bakıda ev almaq artıq xəyal olur: Nə nağd, nə kredit yolu qaldı...

Son aylarda Bakının mənzil bazarında qiymət artımları yenidən sürətlənib. Xüsusilə yeni tikililərdə və mərkəzi rayonlarda evlərin dəyəri rekord səviyyəyə çatıb.

Alıcıların əksəriyyəti mənzil almaqda çətinlik çəkir, kredit şərtləri isə getdikcə sərtləşir. Bəzi mütəxəssislər bu vəziyyəti “növbəti qiymət partlayışının başlanğıcı” kimi qiymətləndirir, digərləri isə əksinə, bazarda süni “şişmə”nin müəyyən mərhələdən sonra “boşalma” ilə nəticələnəcəyini düşünürlər.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur FərzəliyevBakıvaxtı.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir ölkənin böyük şəhərlərində - xüsusən Bakı, Xırdalan və Sumqayıtda daşınmaz əmlak bazarında kəskin qiymət artımları müşahidə olunur. Onun sözlərinə görə, hazırda paytaxtda mənzil qiymətlərinin “fantastik” səviyyəyə qalxması, ev almaq istəyən vətəndaşlar üçün ciddi çətinlik yaradır:

“Hazırda Bakıda, xüsusilə mərkəzi rayonlarda yeni tikilən mənzillərin bir kvadratmetri orta hesabla 3-5 min manat arasında dəyişir. Bu isə təmirsiz, üçotaqlı mənzilin təxminən 400-500 min manata təklif olunması deməkdir. Əməkhaqları və orta gəlir səviyyəsinə baxdıqda, əmlak bazarındakı bu qiymət artımı vətəndaşların real alıcılıq imkanları ilə heç bir halda üst-üstə düşmür”.

Müsahibimiz bildirib ki, qiymət artımının bir neçə əsas səbəbi var. Onlardan biri tikinti üçün torpaq sahələrinin məhdudluğu, digəri isə tikinti şirkətlərinin satış qiymətlərini süni şəkildə artırmasıdır:

“Bununla yanaşı, bazarda baş verən bu bahalaşma alıcıların sayını xeyli azaldıb və son aylarda ciddi müştəri qıtlığı müşahidə olunmaqdadır".

E.Fərzəliyev qeyd edib ki, mənzil qiymətlərinin yüksəlməsi yalnız satış bazarına deyil, kirayə sektoruna da birbaşa təsir göstərir:

“Satış qiymətlərinin artması kirayə bazarında da qiymətləri kəskin şəkildə qaldırır. Bu isə xüsusən bölgələrdən paytaxta işləmək üçün gələn insanlar üçün ciddi problem yaradır. Kirayə qiymətlərinin bu qədər yüksək olması sosial gərginliyə səbəb ola bilər”.

Elnur Fərzəliyev: Satış qiymətlərinin artması kirayə bazarında da qiymətləri kəskin şəkildə qaldırır

Həmsöhbətimiz hüsab edir ki, yaxın illərdə paytaxt əhalisinin sayında təbii azalma müşahidə edilə bilər. Dediyinə görə, bunun bir səbəbi azad olunmuş ərazilərdə aparılan bərpa və tikinti işləri, digər səbəbi isə məcburi köçkünlərin mərhələli şəkildə öz yurdlarına qayıtmasıdır:

“Bu proses nəticəsində həm paytaxt əhalisinin sayı azalacaq, həm də işçi qüvvəsinin bir hissəsi azad olunmuş ərazilərdə yeni yaranan iş yerlərinə yönələcək. Bu da Bakıya olan miqrasiyanın təbii şəkildə zəifləməsinə gətirib çıxaracaq".

Ekspertin fikrincə, dövlət xətti ilə aparılan söküntü və yenidənqurma layihələri də mənzil bazarındakı gərginliyi qısamüddətli dövrdə artıracaq. Lakin uzunmüddətli perspektivdə bu proses bazarın tənzimlənməsinə, təklifin artmasına və qiymətlərin müəyyən dərəcədə sabitləşməsinə səbəb ola bilər.

Aynur

Избранный
38
2
bakivaxti.az

3Источники