RU

HƏMAS daha 3 israilli məhbusun cəsədini verib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli cəsədi Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Misisya.Az xəbər verir ki, cəsədlərin təhvil verilməsi prosesi Qırmızı Xaç nümayəndə heyətinin iştirakı ilə həyata keçirilib.

Bildirilib ki, İsrail ordusu tabutları Qırmızı Xaç Cəmiyyətindən qəbul edib. Aparılan şəxsiyyətin müəyyənləşdirilməsi prosedurundan sonra cəsədlərin israilli məhbuslar – Assaf Hamami, Omer Maxim Neutra və Oz Danielə məxsus olduğu təsdiqlənib.

Qeyd edək ki, bu addım tərəflər arasında elan olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasının icrası çərçivəsində atılıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
37
missiya.az

1Источники