RU

İranda iki hökumət məmuru öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı "Bəsic" üzvlərinə silahlı hücum olub.

Olaylar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Məhəmməd Siyahanı və İsmayıl Şahuzehi həlak olub, bir "Bəsic" üzvü isə yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Rəsmi dövlət mediası silahlı hücumun "düşmən və müxalif qruplar" tərəfindən edildiyini yazıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
1
1
olaylar.az

2Источники