RU

2500-dən çox avtomobil Belarusdan Polşaya getməyi gözləyir

Belarus və Polşa arasında sərhədi keçmək üçün gözləyən avtomobillərin sayı bir həftə ərzində 6 dəfə artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus Gömrük Komitəsi öz Teleqram kanalında bildirib.

"Bir həftə əvvəl Belarus-Polşa sərhədini keçmək üçün orta hesabla 300-400 nəqliyyat vasitəsi gözlədiyi halda, bu gün bu rəqəm 2500-ü keçib", - məlumatda deyilir.

Qeyd olunur ki, əvvəllər Belarusdan Litva ilə sərhəddən keçərək Avropa İttifaqına gedən yük maşınları da Polşa və Latviyaya yönləndirilib.

Избранный
81
1
operativmm.az

2Источники