RU

Rəcəb Tayyib Ərdoğan: Suriyaya qarşı sanksiyalar tədricən aradan qaldırılır

BAKI, 3 noyabr. TELEQRAF

“Suriya iqtisadiyyatının inkişafına ciddi əngəl törədən sanksiyalar bizim səylərimiz sayəsində tədricən aradan qaldırılır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırkı mərhələdə artıq özəl sektorlardan investisiyaların da Suriya bazarına yönəldilməsini təşviq edirik. Qonşumuz Suriyanın yenidən ayağa qalxması və ən qısa zamanda əvvəlki günlərinə qovuşması bizim əsas prioritetimizdir. Bu istiqamətdə bu gün Suriyaya xüsusi dəstək proqramını da başladırıq. İnsan və institusional potensialın gücləndirilməsinə töhfə verəcək”, - dövlət başçısı bildirib.

Избранный
48
teleqraf.com

1Источники