RU

Bakı-Astara istiqamətində sərnişin qatarlarının hərəkəti bərpa olunacaq? - ADY

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.

Bu barədə Day.Az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin ox üzrə uzunluğu 245 km-dir. Tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib, xəttin tikinti-quraşdırma işlərinin isə Ələt-Osmanlı hissəsi üzrə 37%-i başa çatıb.

Layihə 4 mərhələdə həyata keçirilir. 1-ci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 77 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçidi, eləcə də müxtəlif ölçülü suötürücü boruların tikintisi və heyvanların keçidi üçün alt keçidlərin tikintisi daxildir. 1-ci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.

2-ci mərhələ üzrə Kür çayı üzərində körpünün tikintisi tamamlanıb. Digər mərhələlər üzrə layihələndirilmə işləri davam etidirilir.

ADY tərəfindən Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri davam etdirilir. Hazırda bu marşrutla yükdaşıma həyata keçirilsə də, infrastrukturun mövcud vəziyyəti sərnişin daşımalarına imkan vermir.

Избранный
33
day.az

1Источники