RU

KİV: NATO Ukraynanın məğlubiyyətini qəbul etmək istəmir

BAKI, 3 noyabr. TELEQRAF

NATO Ukraynanın Rusiya ilə müharibədə məğlub olması faktını qəbul edə bilmir, buna görə də getdikcə daha təhlükəli təkliflər irəli sürür.

Teleqraf xəbər verir ki, bu barədə “The American Conservative” jurnalı yazıb.

Nəşr bildirir ki, Ukraynanın “qaçılmaz qələbəsi” mifi ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyasının Kiyevə maliyyə və silah yardımı siyasətinin erkən mərhələlərində yaranıb:

“Ukraynanın hərbi perspektivlərinə olan inam həddən artıq idi, arzularla reallıq arasındakı fərq zamanla qorunub saxlanır, hətta artır. Qərb rəsmi şəxsləri və analitiklər Ukraynanın mümkün qələbəsini proqnozlaşdırmağa davam etsələr də, bu cür inam əsassızdır”.

“The American Conservative” qeyd edir ki, Rusiya yoluna qələbələrlə davam edir, Ukrayna isə yalnız NATO-nun geniş maliyyə və hərbi yardımı sayəsində döyüşləri davam etdirə bilir: “Ukraynanın qələbə şansları demək olar ki, yoxdur, buna görə də bəzi NATO rəsmi şəxsləri alyansın müharibədə iştirakı səviyyəsini xeyli artırmağa çağırır”.

Jurnalın məlumatına görə, NATO-da artıq Ukrayna üzərində uçuşa qadağa zonası yaradılması və hətta pilotlu Rusiya təyyarələrinin vurulması kimi təhlükəli təkliflər müzakirəyə çıxarılıb: “Hətta Ukraynaya NATO sülhməramlı qüvvələrinin göndərilməsi təklifləri də artıq avtomatik rədd edilmir”.

Məqalə müəllifi ABŞ və NATO rəsmilərinə Ukraynanın Rusiyaya qarşı qələbəsi ilə bağlı illuziyalardan imtina etməyi tövsiyə edib.

Избранный
65
teleqraf.com

1Источники