RU

Hakimlər Kollegiyasının iclası keçirildi

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Həndbol Federasiyasının ofisində Hakimlər Kollegiyasının növbəti iclası baş tutub.

Futbolpress.az xəbər verir ki, kollegiya üzvləri və nümayəndələrin iştirak etdiyi iclasda yeni mövsümdə hakimlərin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Qarşıdakı dövrdə seminar və təlimlərin təşkili, eləcə də regionlarda keçiriləcək yarışların planlaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin Beynəlxalq Həndbol Federasiyası tərəfindən təsdiqlənmiş yeni oyun qaydaları təqdim olunub və onların tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.

İclasın sonunda kollegiya üzvlərinin təklif və rəyləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
3
futbolpress.az

4Источники