RU

Fərid Nəbiyev: ölkə çempionatlarında 100-cü dəfə

Misli premyer-liqasının 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib. 26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb. Fəridin debütü 2016/17 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyib. “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol), “Qəbələ”də 1 matça çıxıb.

Fərid ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudu. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

Избранный
85
9
football-plus.az

10Источники