RU

Ermənistanda DƏHŞƏT: Ata üçyaşlı oğlunu boğaraq öldürdü

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanda bir həftə ərzində axtarılan üçyaşlı Tiqran Ovanesovu öz atasının öldürdüyü məlum olub.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arpine Sarkisyan istintaqın ilkin məlumatlarını təqdim edərkən bildirib.

Qeyd edək ki, Tiqran Ovanesov oktyabrın 27-də itkin düşüb. Onu 500 xilasetmə işçisi, polis və könüllü axtarırdı. İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb. Noyabrın 2-də onun cəsədi Ovanesovlar ailəsinin yaşadığı Geğarkunik vilayətində tapılıb.

İstintaqın versiyasına görə, hadisə günü oğlan və onun böyük qardaşı evdən çıxıb və həyətdə atalarına rast gəliblər. Kişi ilə uşaqlar arasında münaqişən baş verib və nəticədə şübhəli şəxs kiçik oğlunu boğub.

Həmçinin kişinin cinayətin izlərini gizlətməyə çalışaraq, uşağın cəsədinin yerini bir neçə dəfə dəyişdiyi müəyyən edilib.

Hazırda hadisənin bütün hallarını müəyyən etmək üçün bir sıra istintaq tədbirləri həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
oxu.az

1Источники