RU

ABŞ və Rusiya prezidentləri noyabrın sonunda CAR-da görüşə bilərlər

BAKI, 3 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə noyabrın sonunda G20 sammiti zamanı görüşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb məlumat verib.

G20 sammiti noyabrın 21-22-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək. CAR sammitə ev sahibliyi edən ilk Afrika ölkəsi olacaq.

Hələlik nə ABŞ, nə də Rusiya prezidenti sammitdə iştirak niyyətini açıqlayıb.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasında bundan əvvəl Macarıstanda planlaşdırılan görüş ləğv edilib.

Избранный
48
teleqraf.com

1Источники