Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektorunun olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir”.