RU

Manatla bağlı VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycanda manatın məzənnəsini proqnozlaşdırmaq iqtisadi baxımdan mümkün deyil”.

Bu fikirləri KONKRET.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Natiq Cəfərli

Ekspertin sözlərinə görə, ölkədə üzən məzənnə rejimi tətbiq olunmadığından, manatın dəyəri inzibati qaydada müəyyən edilir:

“Azərbaycan manatı dollarla bağlı inzibati qaydada tənzimlənir. Bizdə bazar mexanizminə əsaslanan, iqtisadi kateqoriyaya aid üzən məzənnə rejimi yoxdur. Buna görə də manatın məzənnəsində dəyişiklikləri iqtisadi nöqteyi-nəzərdən əvvəlcədən proqnozlaşdırmaq çox çətindir.”

Natiq Cəfərli qeyd edib ki, Mərkəzi Bank və hökumət istənilən vaxt məzənnə ilə bağlı inzibati qərar verə bilər:

“Mərkəzi Bankın və hökumətin əlində manatın məzənnəsini dəyişmək üçün bütün alətlər var. Necə ki, biz bunu 2015-ci ildə gördük. Əgər neftin qiyməti ucuzlaşacaqsa və Azərbaycanın valyuta gəlirləri azalmağa davam edəcəksə, o zaman 2026-cı ildə və ya 2027-ci ilin əvvəlində manatın məzənnəsi ilə bağlı inzibati qərar vermək məcburiyyəti yarana bilər.”

Ekspert hesab edir ki, bu baxımdan 2026-cı ildə manatın məzənnəsindəki mümkün dəyişikliklər əsasən neftin qiymətindən və ölkənin valyuta ehtiyatlarının səviyyəsindən asılı olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
2
konkret.az

3Источники