Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
Publika.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.