RU

Ermənistanda narkotik vasitələrin qeyri qanuni dövriyyəsi 18,1 faiz artıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 3 noyabr, AZƏRTAC

Ermənistanda cari ilin doqquz ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı aşkar edilmiş halların sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 3-də Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında daxili işlər naziri Arpin Sarkisyan məlumat verib. Onun sözlərinə görə, 415 kiloqram 281 qram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin 9 ayı ərzində qanunsuz dövriyyədən təxminən 205 kiloqram narkotik vasitə çıxarılıb.

Nazir qeyd edib ki, sintetik narkotiklər insan sağlamlığına ən çox zərər vurduğundan diqqət mərkəzindədir. Müsadirə edilmiş narkotik vasitələrdən 37 kiloqram 175 qramı sintetikdir. Ümumilikdə hesabat dövründə təkcə polis əməkdaşları tərəfindən 290 kiloqram 683 qram müxtəlif növ narkotik vasitə götürülüb ki, bu da 2024-cü ilin göstəricisindən təxminən 128 kiloqram 175 qram çoxdur.

Müzakirələr zamanı deputatlar bu rəqəmlərin reallıqdan az olduğunu, əslində, ölkədə narkotiklərin qanunsuz dövriyyəsinin həddindən artıq olduğunu vurğulayıblar. Bəzi müxalifət deputatları polisin özünün narkotiklərin qanunsuz dövriyyəsində iştirak etdiyi bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
4
azertag.az

5Источники