RU

Ermənistan hərbi təyyarələr alır: Hərbi ekspert detalları xırdaladı- RƏY

Məlum olduğu kimi, Ermənistan Hindistandan 8-12 ədəd SU-30 MKİ markalı hərbi təyyarə almağı planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, Rusiyanın patenti ilə Hindistanda istehsal edilən bu təyyarələrin alışı 2026-2028-ci illərdə reallaşacaq. Buna isə Errmənistan 3 milyard dollar xərcləyəcək.

Hərbi ekspert Ədalət Verdiyev bu barədə bildirib ki, bu günə qədər heç bir Hindistan istehsalı olan silah münaqişə və ya müharibənin nəticəsinə həlledici təsir göstərməyib. “Pakistan ilə bu günə qədər davam edən münaqişə və müharibələrdə Hindistan qırıcıları daim məğlub olub”.

O qeyd edib ki, bir dəfə belə hərbi uğuru olmayan məğlub Hindistan qırıcısını almaq üçün Ermənistandan başqa kimsə müştəri kimi müraciət etməyib. “Hindustan silahı çəkdiyi film kimidir. Bu barədə daha əvvəl də xeyli danışmışam”.

Verdiyev vurğulayıb ki, Ermənistan təkrar silahlanır və bu silahlar yalnız Azərbaycana qarşı istifadə məqsədi daşıyır. “Odur ki, Ermənistanın ordusunun say tərkibinə və silahlanmasına işlək nəzarət mexanizmi olan  məhdudiyyətlər qoyulmalıdır”.

Hərbi ekspert deyib ki, Ermənistan silahlanma yarışına başlamaqla kövrək sülhə ciddi kölgə salır.

Sonda Ədalət Verdiyev bildirib ki, Ermənistan vurduğu ziyana görə Azərbaycana təzminat ödəməlidir. “Əgər Ermənistan qırıcı almağa 3 milyard dollar tapa bilirsə, o zaman ilk növbədə Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiyanı ödəsin”.

Fərda Uğur

Избранный
34
1
tribunainfo.az

2Источники