RU

Britaniya bu yaxınlarda Ukraynaya "Storm Shadow" raketlərinin əlavə partiyasını çatdırıb

Britaniya

Böyük Britaniya Ukraynaya “Storm Shadow” raketlərinin əlavə partiyasını göndərib.

Xalqcebhesi.az "Bloomberg"-ə istinadən xəbər verir ki, Kiyevin raketlərdən Rusiyaya potensial zərbələr üçün istifadə edəcəyi gözlənilir.

Agentliyin qeyd etdiyi kimi, çatdırılma bu yaxınlarda həyata keçirilib. Lakin dəqiq tarix göstərilməyib. Eyni şəkildə, Ukraynaya göndərilən raketlərin dəqiq sayı barədə məlumat verilmir. Yalnız vurğulanır ki, guya onlar Rusiyaya qarşı zərbələr üçün istifadə olunacaq və mərmilərin özləri də “bütün qış üçün kifayət edəcək”.

Məryəm Quliyeva

Избранный
31
xalqcebhesi.az

1Источники