RU

Qazaxıstan Azərbaycana taxıl tədarükünü üç dəfə artırıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 3 noyabr, AZƏRTAC

2025-ci ilin sentyabr-oktyabr aylarında Qazaxıstan 2 milyon ton yeni yığılmış taxıl ixrac edib.

AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən ilin analoji dövründə bu rəqəm 1,8 milyon ton təşkil edib ki, bu da ixracın sabit artımını nümayiş etdirir.

Azərbaycana ixracın artımı xüsusilə diqqətəlayiq olub; tədarükün həcmi 3,1 dəfə artaraq 18 min tondan 56 min tona çatıb. Bununla yanaşı, Özbəkistana (42%), Qırğızıstana (2,6 dəfə), Əfqanıstana (42,5%) və Türkmənistana (2,3 dəfə) ixrac da əhəmiyyətli dərəcədə artıb.

Məlumatda qeyd olunur ki, taxıl ixracının artması Qazaxıstanın beynəlxalq bazarlarda möhkəmlənən mövqeyini və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artdığını göstərir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
4
azertag.az

5Источники