RU

SXA: Vətən müharibəsi iştirakçısı kitabxana müdiri kimi gündəlik həyatını davam etdirir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərin qazanılmasına öz töhfəsini verən İlqar Avazov hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsinin Şəfəq qəsəbə tam orta ümumi təhsil məktəbində kitabxana müdiri işləyir. O, Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsini bitirib. Ailəlidir və bir övladı var.

İlqar Avazov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı və tam təmirli mənzillə təmin edilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, digər sosial dəstək tədbirləri ilə də əhatə olunub.

Qeyd edək ki, İlqar Suqovuşan və Talış əraziləri uğrunda gedən döyüşlərdə iştirak edib. 2-ci dərəcə əlilliyi olan Vətən müharibəsi iştirakçısı müharibə zamanı baş nahiyəsindən ağır yaralanıb. O, Prezidentin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azertag.az

1Источники