RU

İdarəetmədən çıxan “KIA” qəzaya düşdü Evin hasarı dağıldı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 1-də axşam saatlarında Qalağayın kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KIA” markalı avtomobil yoldan çıxaraq qəzaya düşüb. Şahidlərin sözlərinə görə, qəzaya sürücünün qəfil idarəetməni itirməsi səbəb olub.

Nəticədə avtomobil əvvəlcə yol kənarındakı ağaca, daha sonra işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə və yaxınlıqdakı evin hasarına ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
avtosfer.az

2Источники