RU

İsrail ordusunun baş hüquq müşaviri işgəncə videosunu sızdırmaqda ittiham olunur

Ajans.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Tomer-Yeruşalmidən başqa, eyni “sızma işi” çərçivəsində keçmiş baş hərbi hüquq müşaviri Matan Solomoş da saxlanılıb. Hər iki şəxs Tel-Əviv məhkəməsində dindirilib və məhkəmə onların həbs müddətinin uzadılıb-uzadılmayacağına qərar verəcək. Məlumatda bildirilir ki, Tomer-Yeruşalmi bir neçə gün əvvəl istefa verib. Onun 2024-cü ilin avqustunda İsrail hərbçiləri tərəfindən Sde Teiman düşərgəsində fələstinli məhbuslara qarşı törədilən zorakılıq və təcavüz hadisələrini əks etdirən videonun sızdırılmasını təsdiqlədiyi ehtimal olunur. İnsan haqları təşkilatları qeyd ediblər ki, həmin hadisədə iştirak edən bəzi ehtiyatda olan hərbçilər cinayət məsuliyyətindən yayınmağa çalışıblar.

 

Избранный
35
Ajans.az

1Источники