RU

KİV: “Hizbullah” komandiri İsrailin Livanın cənubuna hücumu nəticəsində öldürülüb

BAKI, 3 noyabr. TELEQRAF

“Hizbullah” Hərəkatının hərbi komandanlığının üzvü Məhəmməd Əli Hadid İsrailin Livanın cənubuna PUA hücumu nəticəsində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail pilotsuz təyyarəsinin vurduğu avtomobildə “Hizbullah” komandiri olub.

Hadisə Nəbati şəhərində (paytaxt Beyrutdan 70 km aralıda) baş verib. Dron avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan Hadid aldığı xəsarətlərdən həyatını itirib.

Избранный
62
teleqraf.com

1Источники