RU

Nilüfər:”Azərbaycan tamaşaçıları mənim üçün çox doğmadır”

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ötən gün Türkiyənin məşhur müğənnisi Nilüfər, Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

İlk dəfə Azərbaycan tamaşaçısının qarşısına çıxan sənətçi həm çox həyəcanlı, həm də bir o qədər sevincli idi.

Maraqlıdır, Nilüfər Azərbaycana gəlməmişdən öncə azərbaycanlı tamaşaçıların musiqi zövqünü və istəyini öyrənə bilibmi?

Bu suala cavabında müğənni Gununsesi.info-ya açıqlamasında belə deyib:

“Əlbəttə, bu barədə kiçik də olsa azərbaycanlı tamaşaçıların istəyini və təəssüratlarını sosial şəbəkələr vasitəsilə araşdırmışam. İnsanların, xüsusilə də 80–90-cı illərin izləyicilərinin sevgisinin daha çox olduğuna əminəm. Bütün azərbaycanlı tamaşaçılar mənim üçün çox doğmadır”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
icma.az

1Источники