RU

Ukraynada vəziyyət çıxılmazdır, belə davam etsə… – NATO-dan XƏBƏRDARLIQ

NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib ki, Ukraynada döyüş əməliyyatları çıxılmaz mərhələyə çatıb.

KONKRET.az xəbər verir ki, BBC-yə verdiyi müsahibəsində o vurğulayıb:

“Artıq danışıqlar masası arxasına oturmaq vaxtıdır, əks halda bu, yalnız mənasız itkilərə gətirib çıxaracaq.”

Admiral qeyd edib ki, alyans Ukraynaya dəstəyini danışıqlar yolu ilə davamlı sülh əldə edilənə qədər davam etdirəcək. Onun sözlərinə görə, Avropa bu müharibədən “öz müdafiəsini gücləndirməyin və Kiyevə uzunmüddətli dəstəyə hazır olmağın vacibliyinə dair ciddi siqnal” alıb.

Draqone həmçinin bildirib ki, NATO-nun əsas müdafiə istiqamətlərindən biri hava hücumundan müdafiədir. Onun sözlərinə görə, alyansın şərq sərhədlərində “pilotsuz uçuş aparatları divarı”nın yaradılması yaxın aylarda həyata keçirilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
57
50
konkret.az

10Источники