RU

Finlandiya Prezidenti Trampla Putinə G20 sammitində görüşməyi təklif etdi

Finlandiya Prezidenti Aleksander Stubb ABŞ və Rusiya nümayəndələrinin mümkün görüşü üçün yeni məkan və tarix təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yle" nəşri məlumat yayıb.

Stubb ABŞ Prezidenti Donald Trampa və Rusiya Prezidenti Vladimir Putinə noyabr ayının sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində görüşməyi təklif edib. 

O bildirib ki, danışıqların ABŞ-də keçirilməsi planlaşdırılan nüvə silahı sınaqları məsələsinə də toxunması vacibdir.

Finlandiya Prezidenti həmçinin vurğulayıb ki, ölkənin nüvə müdafiəsini Şimali Atlantika Alyansı (NATO) təmin edir: “Əvvəllər bu məsələ ilə özümüz məşğul olmalı idik, amma o vaxt dünyada vəziyyət fərqli idi. İndi isə biz bütün əsas strukturlarda iştirak edirik”.

Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti yazmışdı ki, Trampın nüvə silahı sınaqlarını bərpa etməklə bağlı bəyanatları Çin və Rusiyaya təzyiq vasitəsi axtarışı kimi qiymətləndirilə bilər.

Избранный
55
4
operativmm.az

4Источники