RU

NZZ: ABŞ, Çin və Rusiyanın ekspansionist siyasəti qlobal sabitliyi təhlükə altına salır...

Zəif dövlətlər nüvə və bioloji silah əldə etməyə meyillənə bilər...

Poliqon xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) nəşri dünyanın üç əsas güc mərkəzinin, ABŞ, Çin və xüsusilə Rusiyanın ekspansionist ambisiyalarının mövcud beynəlxalq nizamı sarsıtdığını yazıb. Nəşrə görə, bu siyasət digər, daha zəif dövlətləri öz təhlükəsizliklərini qorumaq üçün kütləvi qırğın silahı əldə etməyə təşviq edə bilər.

Məqalədə bildirilir ki, belə addımlar müdafiə xarakteri daşısa da, qonşu ölkələr tərəfindən təhdid kimi qəbul ediləcək. Bu isə regional silahlanma yarışlarını alovlandıra və kütləvi qırğın silahlarının (nüvə, kimyəvi və bioloji) sürətlə yayılmasına səbəb ola bilər.

NZZ-nin analizində vurğulanır ki, yeni yaranacaq silahlanma zənciri təkcə dövlətlərarası gərginliyi artırmayacaq, həm də bu silahların qeyri-dövlət aktorlarının, terror qruplarının və ya separatçı təşkilatların əlinə keçməsi riskini yüksəldəcək.

Ekspertlər hesab edirlər ki, qlobal sabitliyin qorunması üçün böyük dövlətlərin, xüsusən də ABŞ, Çin və Rusiyanın qarşılıqlı etimadı bərpa etməsi və beynəlxalq nəzarət mexanizmlərini gücləndirməsi vacibdir. Əks halda, dünyada yeni nüvə böhranlarının və regionlararası qarşıdurmaların yaranması istisna edilmir.

Poliqon.info

Избранный
27
poliqon.info

1Источники