RU

Dəb naminə sağlamlığını riskə atırlar -Terapevt DANIŞDI

Soyuq havalarda bəzi qadınlar hələ də dəbli geyinmək naminə qarın nahiyəsini açıq saxlayır.

Dəb və rahatlıq üçün seçilən belə geyimlər sağlamlığa nə qədər zərərlidir?

Qarın nahiyəsinin açıq qalmasından Redaktor.az-a danışan terapevt Müşfiq Əsgərov bildirdi ki, soyuq havalarda bəzi insanların qarın nahiyəsini açıq saxlaması və ya qarnı soyuqdan qorunmaması, həqiqətən də sağlamlıq üçün ciddi risklər yarada bilər:

"Bu cür geyim tərzinin yalnız dəb və rahatlıq üçün deyil, həm də bədənin fiziki vəziyyətini qorumaq baxımından düzgün seçilməsi vacibdir. Əslində, soyuq hava və onun bədəndəki təsirləri çox vaxt uzun müddət ərzində tədricən meydana çıxır. Bədən ilk başda soyuğu hiss etməyə bilər, amma vaxt keçdikcə soyuqdan qorunmama və yanlış geyim seçimi orqanizmin zərər görməsinə səbəb ola bilər. Qarın bölgəsinin soyuqla təmasda olması bağırsaqlar, daxili orqanlar, hətta ginekoloji sistemdə iltihabın yaranmasına gətirib çıxara bilər".

Bahar

Terapevtin sözlərinə görə, soyuq havada qarın nahiyəsinin açıq qalması, ilk növbədə bağırsaqların funksiyasını poza bilər:

"Bağırsaqlar soyuq hava ilə tədricən zəifləyə bilər və bu da bağırsaqlarda iltihab, spazmlar və həzm problemlərinin yaranmasına səbəb ola bilər. Belə vəziyyətlərdə qarın nahiyəsinin soyuqdan qorunması mütləqdir. Həmçinin, uzun müddət soyuq havada qalmaq, immun sisteminin zəifləməsinə də yol aça bilər ki, bu da müxtəlif xəstəliklərə yol açır. Ginekoloji orqanlar üçün də soyuq böyük bir təhlükə təşkil edir. Qadın orqanizminin bu bölgəsi çox həssasdır və soyuğun təsiri ilə iltihab və infeksiya riskləri artır. İltihablı vəziyyətlər, xüsusilə yumurtalıqlar, fallop boruları və digər daxili orqanlar üçün ciddi problemlər yarada bilər. Bu problemlər həmçinin menstruasiya pozğunluqları, ağrılar və gələcəkdə reproduktiv sağlamlıqla bağlı çətinliklərə yol aça bilər. Bu baxımdan, soyuq havalarda mütləq diqqət etməliyik ki, qarın bölgəsi soyuqdan qorunsun. Həmçinin, yuxarı hissə ilə eyni şəkildə alt hissə də isti tutulmalıdır. Bu, yalnız ağrılı və ya xoşagəlməz vəziyyətlərin qarşısını almağa deyil, həm də uzunmüddətli sağlamlıq problemlərinin qarşısını almağa kömək edir".

Həkim qeyd etdi ki, geyim seçimlərində rahatlıq və dəb əlbəttə ki, önəmlidir, lakin sağlamlıq hər şeydən öncə gəlməlidir:

"Hər zaman temperaturun və bədənimizin ehtiyaclarını nəzərə alaraq, müvafiq geyim seçməliyik. Sağlamlığımızı qorumaq isə ən gözəl dəb və rahatlıqdan daha vacibdir".

Xədicə BAXIŞLI

Избранный
39
1
redaktor.az

2Источники