RU

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri ilə bağlı qərarda dəyişiklik edilib

Bakı. Trend:

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsümeyarları”nın təsdiq edilməsi haqqında” Nazirlər KabinetininQərarında dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olmuş, habeləyeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünəgörə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrəbölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başaçatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxtrejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəricilərigöstərilməklə müvafiq məlumatların Azərbaycan RespublikasınınDövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılanyoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təminetsin.

Bu qərarla “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərininbölgüsü meyarları”nda da dəyişiklik edilib.

Belə ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarkateqoriyalarına aid edilməsi Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğunolaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdimolunan 2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıqsubyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başaçatmış hesabat ili üzrə Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrəməlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıqsubyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergiqanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalarsahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinəəsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat iliərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuşsahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyargöstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərininəvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədəqalır.

Избранный
28
27
az.trend.az

10Источники