RU

AVP-nin qalmaqallı qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub

Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.

Aznews.az xəbər verir ki, bu barədəqurultayda partiya sədri postuna namizəd olmuş Elçin Ağamalı bildirib.

Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.

Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Избранный
13
7
aznews.az

8Источники