RU

Məhkumların pensiyası dayandırılır? – RƏSMİ

Bu gün aktual olan məsələlərdən biri pensiya ilə bağlıdır.

Vətəndaşlar bu istiqamətdə mövcud qaydalarla bağlı bir çox suallara cavab tapmaq istəyirlər.

Vətəndaşları düşündürən məsələlərdən biri də odur ki, müharibə veteranı həbs olunduqda veteranlığı əlindən alınır və təqaüdün ödənişi dayandırılırmı? Eləcə də şəxs həbs olunduqda istənilən növ pensiya dayandırılırmı? 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, müharibə veteranı statusunun verilməsi və ya onun ləğvi Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətinə aid deyil:

“Şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi isə mövcud qanunvericilikdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” ödənişinin dayandırılmasına səbəb olan hal kimi müəyyən edilməyib. 

Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir”.

Избранный
76
cebheinfo.az

1Источники