RU

Dondurma istehsalı üçün nəzərdə tutulmuş məhsulda metal qırıqları aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropaİttifaqının “Qida və Yem Məhsullarına dair Çevik XəbərdarlıqSistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəənişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikatməhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxilolub.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “VirtusCommerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraqplandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbarsahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçünyarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsibarədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmışməhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhərtullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağabasdırılmaqla həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalininsağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təminolunması istiqamətində tədbirləri davam etdirir.

Məqalədə:
Избранный
18
5
az.trend.az

10Источники