Rusiya prezidenti Vladimir Putinin “Xabarovsk” atom sualtı qayığı və “Poseydon” sualtı qayığını təsvir etməsi Britaniyaya xəbərdarlıqdır.
Busaat.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
“Vladimir Putin radioaktiv sunami yarada bilən “qiyamət silahı” daşımaq üçün nəzərdə tutulmuş qorxulu yeni nüvə sualtı qayığı haqqında məlumat açıqlayıb”, – məqalədə qeyd edilir.
Mənbə iddia edir ki, Moskva uzun müddətdir Londonu Poseydon atom sualtı sistemi ilə hədələyir. Bu arada, bu yaxınlarda nümayiş etdirilən Xabarovsk sualtı gəmisi onlarla bu sistemləri daşımaq iqtidarındadır.
Yeganə