RU

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
21
azertag.az

10Источники