RU

Ölkənin bütün ziyalıları Prezidentin yanındadır İsa Həbibbəyli

ain.az bildirir, Demokrat.az portalına istinadən.

“AMEA-nın 80 illiyinin keçirilməsi ilə bağlı 18 mart 2025-ci ildə Sərəncam imzalayan, həmçinin bu gün yubiley tədbirimizdə iştirak edən və çıxış edən qalib ölkənin qalib lideri İlham Əliyevin tarixi nitqi, konseptual fikiləri bizim bundan sonrakı fəaliyyətimizi əsas istiqamətləndirən yol xəritəsidir”.Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı qurumun prezidenti İsa Həbibbəyli səsləndirib.O qeyd edib ki, dövlət başçısının Elmlər Akamemiyasına verdiyi yüksək qiymət, xalq-dövlət birliyinin onurğa sütunu olan ziyalı-lider birliyinin təntənəsidir:“Bu gün Azərbaycanın bütün yaradıcı ziyalıları, elmi elitası xalqımızla birgə qalib Prezidentimizin ətrafında sıx birləşiblər və bu hər zaman da belə olacaq”. Akademik çıxışında bildirib ki, Elmlər Akademiyasının inkişafında əvəzsiz xidmətləri olan, akademiyamızı, elmimizi himayə edən ümummilli lider Heydər Əliyev olmuşdur:“Məhz onun dövründə akademiyamız tənəzzül dövründən, ləğv edilməkdən xilas olmuşdur. Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə akademiyanın quruculuq prosesi yenidən başlamış, o akademiyanı milli sərvətimiz adlandırmış və bu elm məbədinin qorunub saxlanmasını, inkişaf etdirilməsini özünün siyasətində başlıca məqsədlərdən

birinə çevirmişdi”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
demokrat.az

1Источники