RU

Tələbələr nəqliyyatdan pulsuz istifadə edəcək? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ötən gündən sosial şəbəkələrdə “Bakıkart”la bağlı, xüsusilə tələbələri maraqlandıran paylaşımlar geniş yayılıb. “Bakıkart” həm nəqliyyatda, həm də digər xidmət sahələrində ödəniş sistemlərini birləşdirən vahid platforma kimi fəaliyyət göstərir”.Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O əlavə edib ki, hazırda layihə ilkin sınaq mərhələsindədir və əsas məqsəd təmassız ödəniş imkanlarını genişləndirməkdir:““Bakıkart” vasitəsilə yalnız ictimai nəqliyyatda deyil, digər xidmət növlərində də ödəniş etmək planlaşdırılır. Bu isə gələcəkdə həm tələbələr, həm də digər vətəndaşlar üçün rahatlıq yaradacaq. Layihənin uğurlu olması üçün onun tədricən bütün əhali qruplarını əhatə etməsi vacibdir. Əgər sistem ümumi şəkildə tətbiq olunarsa, bu, həm ödəniş infrastrukturunu sadələşdirəcək, həm də nağdsız əməliyyatlara keçidi sürətləndirəcək. Növbəti illərdə “Bakıkart” layihəsi daha da təkmilləşdirilərək ölkə üzrə tam tətbiq ediləcək. Bu, həm texnoloji yenilik baxımından, həm də ictimai rahatlıq baxımından mühüm addım sayılır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
demokrat.az

1Источники