RU

DYP nin cəriməsini ödəmək asan, əsassız cəriməni sildirmək isə çətindir VƏKİL

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“DYP-nin elektron ödəniş sistemləri çox müasir, çox rahat və çox operativ şəkildə qurulub. Cəriməni sadəcə bir neçə saniyədə ödəmək üçün ən azı 7-8 üsulla elektron ödəniş imkanı var. Amma və lakin DYP tərəfindən yazılmış qanunsuz cərimənin ləğvinə dair Məhkəmə Qərarının icrası isə orta əsr üsulları ilə həyata keçirilir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu vəkil Babək Həmidov deyib.

Onun sözlərinə görə,  yazılmış əsassız cərimənin silinməsi üçün qərarın məhkəmə tərəfindən aidiyyatı üzrə göndərilməsinə baxmayaraq, əlavə çətinliklər yaradılır: “Gərək elektron olan məhkəmə qərarını çap edib, öz şəxsiyyət və sürücülük vəsiqənlə birgə Xırdalanda yerləşən BDYP-nin inzibati binasına neçə nömrəlisə, qabağında uzun növbələr olan otağa şəxsən yaxınlaşıb məhkəmə qərarının icrası üçün minnətci düşəsən.

Artıq 10 aydır ki, avtomobilimdə ləğv edilmiş DYP qərarı üzrə cərimə və həbsi var.

Yaxşıki, YPX-nın əməkdaşları qanuna formal yox, mahiyyətcə yanaşırlar və vəziyyəti anlayışla qarşılayırlar. Elektron məhkəmə qərarına baxandan sonra avtomobili duracağa yerləşdirmirlər.

Lakin, hər dəfəsində maşını saxla, izah ver, qərarı göstər və s. Bu orta əsr bürokratiyasına məxsus üsul YPX əməkdaşlarını və məni yorur”.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
icma.az

1Источники