"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunda "Real"la oyuna ciddi itki ilə çıxacaq.
QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Aleksandr İsak meydana çıxa bilməyəcək. Zədəsi olan isveçli hücumçu oyunöncəsi son məşqdə iştirak etməyib.
26 yaşlı forvard bu mövsüm "Liverpul"da 8 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.