RU

Pakistan Hindistanı “saxta bayraq” əməliyyatı hazırlığında ittiham edib

Bakı. Trend:

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr xidmətinin (ISPR)rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri Hindistanı dənizdə“saxta bayraq” əməliyyatı hazırlamaqda ittiham edib.

O bildirib ki, Hindistanın Sər-Krik sahilləri yaxınlığında beləbir təxribat xarakterli əməliyyat planlaşdırdığı barədə məlumatlarmövcuddur.

General-leytenantın sözlərinə görə, Pakistan ordusu bu cür hərhansı hərbi və ya təxribat xarakterli addıma son dərəcə sərt vəadekvat cavab verəcək.

Bəyanatda qeyd olunub ki, Hindistan regionda gərginliyi artırmaqvə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə belə planlar qurur,lakin Pakistan silahlı qüvvələri ölkənin suverenliyini qorumağa tamhazırdır.

Məqalədə:
Избранный
46
1
az.trend.az

2Источники