RU

Namiq Qaraçuxurlu xanımı ilə bağlı paylaşımının səbəbini açıqladı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşı ilə bağlı paylaşım etməsindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Mədəni şou"da olan zaman aparıcı Afaq Gəncəli ona bu haqda sual ünvanlayıb. Afaq Namiqdən nə üçün 14 il ərzində ilk dəfə belə addım atmasını soruşub. 

"Yubileyimiz idi, damarıma düşdü. Böyük səbəb yox idi. 14 ilimiz oldu. Hərdən ürəyimdən keçir ki, xoşbəxtliyimi paylaşım. Bir daha gördüm ki, olmaz. Sosial şəbəkədə müxtəlif insanlar var. Şəxsi həyatım maraqlıdır. Bəlkə də qapalıdır, danışmıram. Digər səbəb isə insanlar haqqımda ssenari ciziblər ki, belə olub və indi belədir. Haqqımda yaranan əfsanələrə o qədər gözəl yanaşıram ki... Aqresiv də olsa haqqımda düşünür. Bu da uğurumdur.

Bəziləri sevindi. Amma taleyində nəsə olanlar acıqlı qarşıladı" deyə, N.Qaraçuxurlu cavab verib.

Qeyd edək ki, Namiqin bu nikahdan bir qız övladı var. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
4
demokrat.az

6Источники