RU

Ağdamda ailə münaqişəsi: 31 yaşlı oğlan bacısının ərinə xəsarət yetirdi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ağdam rayonunda 31 yaşlı oğlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısının həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Məmməd yeznəsi Alimlə onun yaşadığı fərdi yaşayış evinin qonaq otağında bacısı Elnarəni döydüyünə görə mübahisə edib. Şəxsi münasibətlər zəminində mübahisə zamanı o, yeznəsini yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarət yetirib. Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonun kəndində yaşayır: “Zərərçəkmiş şəxs yeznəmdir. O, bacım Elnarənin həyat yoldaşıdır. Əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. 2012-ci ildə bacım Alim ilə rəsmi olaraq ailə həyatı quraraq birlikdə yaşamağa başladılar. Həmin nikahdan 2 övladları dünyaya gəlib. Həmin vaxtdan Alimlə Elnarə arasında söz söhbətləri olub. Buna səbəb sözlərinin üst-üstə düşməməsidir”.Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ildə yeni il bayramı ilə əlaqədar bacısı Elnarənin yaşadığı evə qonaq gedib: “Biz birlikdə yemək yedik. Sonra Elnarə anamın xəstə olduğu üçün yaşadığı evə gedərək bayramını təbrik etmək istədiyini bildirdi. Alimdə buna etiraz etmədi və getməyini bildirdi. Bundan sonra Elnarə ilə birlikdə anamın yaşadığı ünvana getdik və onun bayramını təbrik etdik. Həmin gün saat təxminən 23 radələrində Elnarəni yaşadığı evə apardım”. Məmmədin ifadəsinə görə, 2025-ci ildə, saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman bacısı Elnarə ona zəng edib: “Bacım Alimin onu döyməsini və gələrək onu aparmağımı, əks təqdirdə intihar edəcəyini bildirdi. Həmin vaxtı digər bacımın həyat yoldaşı İlqar da yaşadığım evdə olub. Lakin ona heç bir söz demədən bacımın yaşadığı evə getdim. Bundan bir qədər sonra İlqar da ora gəldi. Mən Alimdən nə baş verdiyini soruşdum. O, da mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla onun sifət nahiyəsindən bir dəfə vurdum. Həmin vaxtı bacım Elnarə  və İlqar bizi aralaşdırdı. Bundan sonra Elnarəni  və övladlarını götürərək yaşadığım evə getdim. Ertəsi gün mən işdə olan zaman Elnarə övladları ilə birlikdə yaşadıqları evə gedərək heyvanları və öz əşyalarını götürərək mənim yaşadığım evə gətiriblər. Mən həmin vaxtı orada olmamışam”.İş üzrə zərərçəkmiş qismində ifadə verən Alimin sözlərinə görə, 2012-ci ildə Elnarə ilə rəsmi ailə həyatı quraraq birgə nigaha daxil daxil olublar və birgə nigahlarından iki övladları dünyaya gəlib: “Elnarə ilə ailə daxili münasibətlərimiz normal olub. 31 dekabr 2024-cü ildə qaynım Məmməd arvadı İlhamə ilə birlikdə bayram ilə əlaqədar bizə qonaq gəldi. Birlikdə yemək yedikdən sonra Elnarə anasını xəstə olduğu üçün onun yaşadığı evə getməyi, bayramını təbrik etməyi bildirdi. Mən də anasının evinə getməsinə razı oldum. Bundan sonra arvadım qardaşı ilə birlikdə anasının evinə getdi və həmin gün saat təxminən 23 radələrində gəldi”.Zərərçəkmişin ifadəsinə görə, növbəti gün, saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman arvadı Elnarəyə  ona məxsus olan köynəyinin sökülən hissəsini tikməsini bildirib: “Elnarə tikməyəcəyini söylədi. Ondan nəyə görə köynəyimi tikməməsini soruşdum. Cavab verdi ki, yaxşı edirəm. Bu zaman əsəbiləşərək onun yaxasından tutdum və silkələyərək divana tərəf itələdim. Bundan sonra heç nə etmədim”.Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnarə evin arxa otağına keçib, qardaşı Məmmədə zəng edib və onu aparmasını bildirib: “Bundan bir neçə dəqiqə sonra qaynım və bacanağım İlqar yaşadığım evə gəldilər. Bu zaman Məmməd məndən nə baş verdiyini soruşdu. Ona “bacına deyirəm mənim köynəyimi tik, o isə tikməyəcəyini bildirdiyini və səbəbini soruşduqda “yaxşı edirəm” dediyini bildirdim. Bu zaman Məmmədə bacısına haqq qazandırdı və yaxşı etdiyini dedi. Mən də onu və bacısını təhqir etdim. Bundan sonra Məmməd yumruqla sifətimə, başıma və bədənimin müxtəlif nahiyələrinə yumruq, təpiklə zərbələr vurdu. Sonra isə arvadım və bacanağım bizi aralaşdırdılar. Sonra isə Məmməd arvadımı və iki azyaşlı övladlarımı da götürərək getdi. Sonradan öyrəndim ki, növbəti günlərdə arvadım, qayınatam, bacanağım və qaynım yaşadığım evin həyətindən ümumi birgə mülkiyyətdə olan 5 baş iribuynuzlu heyvanı, 3000 manat pul, arvadımın üzüyü və məişət əşyalarını götürərək aparıblar. Mən də döyülməyim ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs alıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
demokrat.az

1Источники