RU

Türkiyədə rusiyalı paraplançı faciəvi şəkildə öldü

37 yaşlı rusiyalı paraplançı Vyaçeslav Qribanov Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin Fethiye bölgəsində uçarkən həlak olub.

Teleqraf xəbər verir ki, Qribanov 1700 metrlik Babadağ zirvəsindən havaya qalxıb.

"Uçuşdan sonra Qribanov naməlum səbəbdən qayalıq əraziyə çırpılıb. Məlumat daxil olduqdan sonra hadisə yerinə jandarma əməkdaşları və tibbi briqadalar göndərilib", - məlumatda deyilir.

Hadisə yerinə gələn tibb işçiləri paraplançının öldüyünü bildiriblər. Qribanovun meyiti aidiyyəti üzrə təhvil verilib.

SHOT Telegram kanalının məlumatına görə, Qribanov Türkiyəyə tələbələri ilə gəlib. O, son videosunu təxminən 11 saat əvvəl sosial şəbəkədə yerləşdirib: o, izləyicilərinə yerli mənzərələri göstərib və havaya qalxmağa hazırlaşıb.
Избранный
2
1
sherg.az

2Источники