RU

Tramp: ABŞ-nin dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahı var

BAKI, 3 noyabr. TELEQRAF

Rusiya və Çin gizli nüvə sınaqları keçirir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində deyib: "Siz onların harada sınaqdan keçirildiyini dəqiq bilə bilməzsiniz. Onlar yerin dərinliklərində sınaqdan keçirirlər ki, insanlar nə baş verdiyini anlaya bilmirlər".

Trampın sözlərinə görə, Şimali Koreya və Pakistan da sınaqlar keçirir. "Mən nüvə sınaqları keçirməyən yeganə ölkə olmaq istəmirəm. Bizim dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Məncə, nüvəsizləşdirmə istiqamətində addımlar atmalıyıq".

Избранный
21
1
teleqraf.com

2Источники