RU

Azərbaycan Dünya Türk Dilləri Ailəsi Gününün təsis edilməsini alqışlayır - XİN

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.

"Bu tarix, bütün türk dillərinin dərin ortaq köklərini və ümumi tarixini əks etdirən ən qədim yazılı abidələr – Orxon Yazılarının oxunmasının ildönümünə təsadüf edir.

Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində bağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi alqışlayır", - deyə paylaşımda qeyd olunub.

AzVision.az



Избранный
52
9
azvision.az

9Источники