RU

Alpinistlər qar uçqununa düşüb öldülər

Nepaldakı “Yalung Ri” Baza Düşərgəsində qar uçqunu baş verib. Yeddi alpinist ölüb, dörd nəfər itkin düşüb.

Editor.az xəbər verir ki, “The Kathmandu Post” qəzetinin məlumatına görə, ölənlər arasında üç ABŞ vətəndaşı, iki Nepal vətəndaşı, bir italyan və bir Kanada vətəndaşı var. Dörd nəfər yaralanıb. İtkin düşənlərin axtarışı səhərə qədər dayandırılıb.

Xatırladaq ki, “Yalung Ri” Baza Düşərgəsi dəniz səviyyəsindən 5630 metr yüksəklikdə yerləşir. Dolma Xang (6332 metr) dağına çatmağa çalışan alpinistlər onu baza düşərgəsi kimi istifadə edirlər.

  //Samir Qurbanov, Editor.az

Избранный
63
editor.az

1Источники