RU

Yannik Sinner Paris “Masters” turnirinin qalibi oldu

Dördqat “Böyük Dəbilqə” çempionu, italiyalı tennisçi Yannik Sinner Fransanın paytaxtında keçirilən “Masters” turnirində tarixi uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, o, bu yarışda titul qazanan ilk italiyalı tennisçi olub.

Final qarşılaşmasında Sinner kanadalı Feliks Oje-Alyassimi 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib. Bu, onun karyerasında 23-cü, cari mövsümdə isə 5-ci qələbəsi olub. Sinner eyni zamanda bu mövsümdə ardıcıl beşinci “Masters” titulunu əldə edib.

İtaliyalı tennisçi mövsüm ərzində Vyana, Pekin, eləcə də “Uimbldon” və “Australian Open” turnirlərində də qalib gəlib. Parisdəkı uğurdan sonra Sinner US Open-dən bəri ilk dəfə ATP dünya reytinqində birinci pilləyə yüksələcək.

Qeyd edək ki, Yannik Sinner növbəti dəfə noyabr ayında İtaliyanın Turin şəhərində keçiriləcək ATP Final turnirində mübarizə aparacaq.

Избранный
56
90deqiqe.az

1Источники