Kolumbiyanın Kauka əyalətinin Suares rayonunda polis şöbəsinin yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Caracol radiosu məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 30-dan çox bina zərər görüb.
Qeyd olunur ki, avtomobilin polis şöbəsinin qarşısında partladılması planlaşdırılımışdı, lakin bomba bir neçə metr məsafədə vaxtından əvvəl işə düşüb.