RU

''Beşiktaş''ın sabiq prezidenti klub üzvlüyündən kənarlaşdırıldı!

Bazar günü ''Sinan Ərdəm'' idman salonunda reallaşan ''Beşiktaş''ın illik maliyyə toplantısında diqqətçəkən bir olay yaşanıb.

Belə ki, sabiq başqan Hasan Arat sövq edildiyi ''Beşiktaş''ın Nizam-İntizam Komitəsi tərəfindən birilliyə klub üzvlüyündən kənarlaşdırılıb!

Toplantıda bu məsələ səsverməyə çıxarılıb. Məhz səsvermə nəticəsində Arat müvəqqəti olaraq üzvlükdən çıxarılıb. Qeyd edək ki, 66 yaşlı Arat 2023-cü ilin dekabrın 3-dəki növbədənkənar seçkilərdə 7271 səs toplayaraq klub tarixinin 35-ci prezidenti seçilmişdi. Ancaq onun dönəmi həm nəticələr, həm də meydandankənar olaylar baxımından böyük bir xaosla müşaiyət olundu. Nəticədə Arat prezidentliyinin heç 1 ili tamam olmamış - 2024-cü ilin noyabrın 27-də şəxsi problemlərini əsas gətirərək istefa vermişdi. O, bu qorxaq hərəkəti ilə həm ciddi tənqidlərə tuş gəlmiş, həm də camiədə gözdən düşmüşdü. Onun klub üzvlüyündən kənarlaşdırılması çoxdan gündəmdə idi.

Bu ilin aprelində klub üzvlərinin toplantısında Hasan Arat kürsüyə çıxaraq açıqlama verdiyi sırada klub üzvlərinin sədri Tevfik Yamantürk ilə aralarında ciddi münaqişə yaşanmışdı. Yamantürk onun üzünə zərbə endirmiş və bu üzdən toplantı böyük qalmaqalla yarımçıq dayandırılmışdı.

Избранный
47
1
football-plus.az

2Источники